Müasir dövrdə çətin ki, kimsə özünü smartfonsuz təsəvvür edir, bu, təkcə rabitə vasitəsi deyil, həm kamera, həm MP3-pleyer, eyni zamanda internetə çıxışı olan mikro-kompüterdir. Bunu nəzərə alan avtomobil istehsalçıları avtomobildə mobil telefonları enerji ilə doldurmağı mümkün ediblər, lakin bu lazımlı seçimdən nəyə görə istifadə etmək yaxşı deyil?
FED.az məlumat verir ki, TED.az bu sualın cavabını araşdırıb. Bizim üçün asanlıqla bir neçə fərqli cihazı əvəz edən müasir smartfonların böyük mənfi tərəfi var – onlar çox sürətlə və bir qayda olaraq ən uyğun olmayan anda enerjini tükədirlər. Daimi əlimizdə xarici bir batareya, powerbank və ya ehtiyat mobil telefon gəzdirməli oluruq.
Eləcə də bax: Ən sürətli enerji toplayan telefonlar hansılardır? – SİYAHI
Əlbəttə ki, avtomobilin bort şəbəkəsindən smartfonu enerji ilə təmin etmək rahatdır. Avtomobil hərəkətdə olarkən, qırmızı işiqda və ya tıxaclarda dayanarkən telefon enerji yığır və səfərinizin sonunda artıq o, tam hazır vəziyyətdədir. Ancaq bu, təhlükəlidir. Nəyə görə maşında telefonu enerji ilə doldurmaqdan imtina etmək daha yaxşıdır?
Smartfonlar üçün simsiz şarj edən qurğular yalnız bahalı avtomobillərdə olur və heç də hamısında deyil. Ona görə də, mobil telefonu "qidalandırmaq" üçün əlavə qurğulara ehtiyac duyulur – məsələn, kabel və adapter, əgər avtomobilin USB konnektoru yoxdursa. Problem ondadır ki, orijinal qurğular baha başa gəlir: ucuz məhsullar daha populyardır, bu da telefon batareyasının xarab olmasına və avtomobildə qısa qapanmaya səbəb ola bilər.
Yalnız keyfiyyətsiz USB kabel və ya adapter smartfonun batareyasına zərər vurmur, həm də avtomobilin bort şəbəkəsində gərginliyin artıb-azalması buna səbəb ola bilər. Bildiyiniz kimi, avtomobillərdə bu, daimi deyil. Bəli, ağıllı telefonlar xüsusi nəzarət cihazı, bir növ qoruyucu ilə təchiz olunub. Ancaq o da həmişə öz vəzifəsinin öhdəsindən gələ bilmir. Kreditə aldığınız telefonunuzla belə risk etməyə hazırsınızmı?
Qeyd etmək lazımdır ki, avtomobildə enerji dolurmaq, əlbəttə ki, qadağan deyil, amma mümkünsə bunun qarşısını almaq daha yaxşıdır. Bunu yalnız orijinal kabellər və ya adapterlər, ya da ən pis halda onların keyfiyyətli analoqlarından istifadə ilə daha təhlükəsiz etmək olar.