Populyar xidmət çarəsiz vəziyyətdədir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, ətbuatda yayılmış məlumatlara görə, TikTok sosial şəbəkə nümayəndələri şirkətin satış sövdələşməsi ilə bağlı Netflix-lə əlaqə qurublar. Lakin populyar film və serial axını xidməti qısa videolar üçün tətbiqi almağa maraq göstərməyib.
Eləcə də bax: «TikTok» üçün daha bir müştəri - «Twitter» də almaq istəyir
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqi nəticəsində TikTok-un sözügedən ölkədə ya yeni bir sahibi olmalı, ya da platforma qadağan edilməlidir.
Bundan əlavə, TikTok-un ana şirkəti olan “ByteDance”nin Microsoft və Oracle şirkəti tərəfindən alınması ilə bağlı da danışıqlar aparılır. Həmçinin məlum olub ki, bu həftənin əvvəlində TikTok şirkəti Donald Tramp administrasiyasını məhkəməyə verib. Səbəb isə şirkətin ABŞ-da son müddəti bitmədən əngəlləməsinin qarşısının alınmasıdır. Hhazırda TikTok-un bazar dəyəri kifayət qədər geniş miqyasda 10 – 50 milyard dollar arasında qiymətləndirilir. Bu, xidmətin siyasi təzyiq altında olması və həssas vəziyyətə düşməsi ilə əlaqədardır.