Dünya miqyasında 195 milyon üzvü olan Netflix, Türkiyədə ofis açmaq qərarı qəbul etdiyini açıqlayıb.
FED.az xəbər verir ki, bu addım, Türkiyədə istehsal edilən uğurlu filimlərin dünyaya daha güclü bir şəkildə çıxmasına vasitə olacaq.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Naziri Məmməd Nuru Ərsoy, ofis açmaq qərarını məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Netflix-in İcraçı direktoru Reed Hastings, Türkiyədəki 3 milyonu aşan Netflix üzvünə təşəkkür edərək İstanbulda bir ofis açmalarının qürurverici olduğunu bildirib. (Marja)