Məşhur yayım platforması “Netflix” cari ilin ikinci rübündə 970 min abunəçini itirdiyini açıqlayıb.
Eləcə də bax: “Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır - VİDEO
FED.az xəbər verir ki, bu ilin ilk üç ayında 200 min abunəçisini itirən “Netflix”, iyul ayına qədər iki milyondan daha çox abunəçinin ayrılacağını təxmin edirdi. Hazırda zərərin gözləniləndən az olması “Netflix” üçün hələlik ümidvericidir. İndi “HBO Max”, “Amazon Prime Video”, “Paramount Plus”, “Apple TV+” və “Disney+” kimi bir çox güclü rəqibləri olan “Netflix” yeni reklam paketləri təklif edərək abunə sayını qorumağa çalışır.
Bundan əlavə, istehsalın sayını azaltmaq və keyfiyyətini artırmaq “Netflix”in yeni dövr planları arasındadır. (Azərtac)