NEQSOL Holding və tərkibində olan şirkətlər Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək məqsədilə ərzaq yardımı proqramı həyata keçirib.
Eləcə də bax: "NEQSOL Holding" Koronavirusla Mübarizəyə Dəstək Fonduna - 5 MİLYON MANAT AYIRIR
FED.az xəbər verir ki, yardım proqramı çərçivəsində NEQSOL Holding və tərkibində olan Bakcell və Norm şirkətləri tərəfindən müxtəlif bölgələrdə ümumilikdə 3000 aztəminatlı ailəyə müxtəlif ərzaq məhsullarından ibarət ərzaq qutuları paylanılıb. Ərzaq yardımının paylanması zamanı sosial məsafə və digər gigiyena qaydalarına əməl edilib.
NEQSOL Holdinq koronavirus pandemiyası ilə mübarizəyə dəstək çərçivəsində müxtəlif tədbirlər həyata keçirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna NEQSOL Holding-in tərkibində olan şirkətlər ümumilikdə 5 milyon manat məbləğində vəsait köçürüblər. Bununla yanaşı, holdinqin tərkibindəki şirkətlər bir sıra digər sosial tədbirlər və təşəbbüslər həyata keçiriblər.
NEQSOL Holding ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində tədbirlərini davam etdirəcək.