Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.
Eləcə də bax: “Ağıllı şəhər” və “Ağıllı kənd” - Konsepsiyası Hazırlanacaq - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamda öz əksini tapıb.
Konsepsiyanın hazırlanması ilə əlaqədar İşçi qrup aşağıdakı tərkibdədir:
İşçi qrupun rəhbəri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
İşçi qrupun üzvləri
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.