Prezident İlham Əliyev ““Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Əcnəbilərin qeydiyyatında – YENİLİK
FED.az-ın məlumatına görə, dəyişiklik qğın aparılmasının xüsusiyyətləri ilə əlaqədardır.
İndiyə qədər elektron sənədə qoşulan bütün əlavələr vahid elektron faylda birləşdirilməli və həmin sənədi təsdiq etmək səlahiyyəti olan şəxsin elektron və ya gücləndirilmiş elektron imzası ilə təsdiqlənməli idi. Dəyişikliyə əsasən əlavələrin sənədi təsdiq etmək səlahiyyəti olan şəxsin elektron və ya gücləndirilmiş elektron imzası ilə təsdiqlənməsinə dair tələb ləğv edilib.
Elektron sənəd dövriyyəsi zamanı yalnız dərkənarların və göndərilən sənədlərin elektron imza ilə təsdiq edilməsi tələb olunacaq.
Nazirliklərdə elektron sənədlərə dair tələblər – DƏYİŞDİ
20:16
1 Fev 2019