Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ötən gün Cable ( Cable.co.uk) qurumunun dünya ölkələri arasında internetin sürəti ilə bağlı açıqladığı Reytinq Cədvəlinə etirazını bildirib. Həmin Cədvəldə Azərbaycanın son iki ildə 33 pillə geriləyərək 208 ölkə arasında 142-ci yerdə olması vurğulanırdı.
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib ki, “Cable.co.uk” təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır və bu təşkilat monitorinq olunan ölkələrin sayını da artırdığından Azərbaycanla bağlı vəziyyət pisliyə dəyişib. Nazilrik Bakıda və regionlarda geniş zolaqlı internetlə bağlı yeni Layihənin icra olunduğunu da diqqətə çatdırıb.
Məsələyə İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib: “Təəssüf ki, Nazilrik yenə də mahiyyəti üzrə açıqlama verməkdən yayınıb. Gətirdiyi arqumentərin heç biri mahiyyəti üzrə deyil. Əksinə, yalnız dövlət qurumları tərəfindən aparılan layihələri sadalamaqla, özəl sektorun fəaliyyətindən danışmamaqla, bəlkə də inkişafın nə üçün ləng getməsinin səbəbini dolayısıyla açıqlamış olub. Nazirlik İnternetin inkişafını səciyyələndirən daha ciddi, birbaşa mahiyyətə dəxli olan arqumentlər gətirə bilərdi. Lakin təəssüf ki həmin arqumentlər,əslində Cable qurumunun açıqladığı Reytinq Cədvəlinin reallığa daha çox yaxın olduğunu təsbiq edəcəkdi”.
Ekspert ölkədə son illərdə yüksək sürətli internet istifadəçilərin sayında ciddi artım olmadığını deyib və bunun səbəblərini vurğulayıb:
“Çünki , Nazirliyə tabe olan dövlət provayderləri yeni müştərilər cəlb etmək əvəzinə özəl provayderlərin müştərilərini ələ keçirməklə məşğul olub.Həm də Nazirlik, yeni infrastruktur yaratmaqdan çöx özəl provaydrelərin olduğu yaşayış binalarına daha çox diqqət yetirib. Nazilrik çox yaxşı bilir ki özəl Provayderlər 3 ildə bir nəfər də olsa genişzolaqlı internet istifadəçisini qoşa bilməyiblər. Çünki Nazilik onları sadəcə Kabel-kanal sisteminə yaxın buraxmayıb”.
Osman Gündüz qeyd edib ki, Backbone provayderlər şikayətlənirlər ki, nəinki yeni tarfik gətirmək , əksinə ölkəyə gətirdikləri trafiki ölkə daxilinə sata bilmirlər və bu səbəbdən də trafiki xarici bazarlara satırlar. Backbone provayderlər bazarı inkişaf etdirmək üçün qiyməti 70% endirmək istədikdə isə bazarlaın 50%-nə nəzarət edən dövlət provayderləri bu təşəbbüsü yerindəcə boğurlar. Aparılan monitorinqlər göstərir ki, trafiklərdə ciddi artımlar qeydə alınmayıb və dəfələrlə bu barədə məlumat verilib. Azercellin son 3 ildə Deltadan aldığı trafikin həcminə baxmaq yetərlidir.
Ekspert sonda bildirib ki, ötən illərdən fərqli olaraq sürətli geriləməyimiz, Nazirliyin dediyi kimi Reytinqdəki ölkələrin sayının çoxalması deyil. Səbəb həm də odur ki Reytinq Cədvəlindəki digər ölkələr “yatmayıblar” , onlar bu sahədə sadəcə daha sürətli irəli gediblər.
@Xeberler.az