FED.az xəbər verir ki, bu vəzifə İlkin Hüseynova həvalə edilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr - TƏYİN OLUNUB
İ.Hüseynov Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavr təhsili alıb. Naples Federico II Universitetində iqtisadiyyat və maliyyə üzrə, Sorbonna Universitetində isə tətbiqi iqtisadiyyat üzrə magistratura dərəcəsinə yiyələnib. Viktoriya Vellinqton Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili alıb, fəlsəfə doktorudur.
10 ildən çox iş təcrübəsinə malik İ.Hüseynov ölkənin bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. (Apa)