Bu il "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat həyata keçirilib.
SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, "SİMA" və "ASAN imza" vasitəsilə bu il həyata keçirilən əməliyyatların heç biri kiberhücuma məruz qalmayıb:
"Bu da rəqəmsal platformalara olan inamı artırır. Bu platformalar təkcə hökumətin günlük fəaliyyətində deyil, digər sahələrdə də geniş istifadə olunur". (Apa)