Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023” beynəlxalq şahmat turniri yekunlaşdı.
FED.az xəbər verir ki, 32-si qrosmeyster olmaqla, 600-dən çox şahmatçının iştirakı ilə keçən turnirin A qrupu üzrə qalibləri qadınlar arasında Bolqarıstan təmsilçisi Nurgül Səlimova, kişilər arasında Hindistan təmsilçisi Leon Luke Mendonca olub.
Xatırladaq ki, “Nar“” “Baku Open 2023” şahmat turnirinin rəsmi tərəfdaşıdır. Turnirə dəstək “Nar”ın Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti çərçivəsində həyata keçirilir. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.