2018-ci ildə «Nar» mobil operatoru mobil xidmətlər bazarındakı payını 22% artırıb. FED.az xəbər verir ki, bu barədə «Azərfon»un baş direktoru Qunnar Panke martın 13-də şirkətin ötən ilin yekunlarına həsr edilən mətbuat konfransında bildirib.
Abunəçilərin sayı 13% artıb
Təqdimatda bildirilib ki, ötən il operatorun aktiv abunəçilərinin sayı 13% artaraq 2,2 milyondan çox olub. Abunəsilərin 56%-i Bakıda 44%-i regionların payına dühür.
Son bir ildə «Nar» abunəçiləri arasında smartfon istifadəçilərinin sayı 27% artıb. Smartfon istifadəçilərinin 38%-i region, 62% Bakının payına düşür.
4G istifadəçiləri 150% artıb
Şirkət açıqlayır ki, 2018-ci ildə 4G sahəsində böyük artım olub. Belə ki, 4G xidmətlərindən istifadə edilən internet traffiki 2017-ci illə müqayisədə 68% artıb. «NAR»ın 4G istifadəçilərinin sayı da 150% artaraq 500 mini keçib.
1000-ə yaxın baza stansiyası qurub
2018-ci ildə «Nar» ümumilikdə 970 baza stansiyası quraşdırıb. Bunların 170 i 3G, 800ü isə 4 G-dir. Nəticədə şirkətin istifadə etdiyi 3G baza stansiyalarının sayı 2600-ı, 4G stansiyalarının saı isə 1700-ü keçib. 2019-cu ildə isə daha 700 4G baza stansiyası qurulacaq.
Müştəri məmnunluğu da artıb
Şirkət bildirir ki, göstərilən xidmətlər müştəri məmnuniyyətinin yüksəlməsinə səbəb olub. Aparılan sorğular göstərib ki, son bir ildə «Nar» müştəri loyallığı indeksi üzrə 45% artım qeydə alınıb. Bundan başqa, son bir ildə mobil internetdən məmmuniyyət göstəricisi üzrə 16% artım baş verib. Abunəçilərin fikrinə əsasən, «Nar» mobil internet sahəsində liderdir.