“Nar”ın 4G istifadəçilərinin sayı 2020-ci ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 66% artıb.
Şirkətdən verilən məlumata görə, mobil operatorun təqdim etdiyi sərfəli internet paketləri sayəsində internet trafikinin həcmində 51% artım qeydə alınıb.
Qeyd edək ki, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının quraşdırılması, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar təsir edib.
Abunəçilərini yüksək keyfiyyətli və sürətli 4G şəbəkəsi ilə təmin etmək məqsədilə “Nar” cari ilin ilk üç ayı ərzində paytaxtda və regionlarda əhatə dairəsini genişləndirməyə davam edib. Belə ki, 2020-ci ilin birinci rübü ərzində ölkə ərazisində 50-yə yaxın 3G və 4G/4.5G baza stansiyası quraşdırılıb.
Müştərilərinə hər zaman kəsintisiz və sürətli internet təcrübəsi təqdim edən “Nar”ın 4G istifadəçilərinin sayı 1 milyonu ötüb.
Hazırda mobil operatorun 4G istifadəçilərin sayı Bakı üzrə 67%, regionlar üzrə isə 33% təşkil edir.