“Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının sahəsində irəli sürülən təşəbbüslərə dəstək olmaq məqsədilə, “Netty” ilə əməkdaşlığını davam etdirir. “Netty” münsifləri hər il Azərbaycanın ən yaxşı İT layihələrini və mühüm veb-resurslarını mükafatlandırırlar.
Müsabiqəyə qatılmaq üçün netty.az saytına daxil olaraq layihənizi aşağıdakı 9 nominasiya üzrə təqdim edə bilərsiniz:
Dövlət və Elektron Cəmiyyət
Sosial məsuliyyət və cəmiyyət
Biznes və sahibkarlıq
Maliyyə və banklar
Elektron ticarət və kommersiya
Elm, təhsil və innovasiya
Səhiyyə, idman və turizm
Məlumat və xəbərlər
Mədəniyyət və incəsənət
Hər nominasiyanın 3 alt kateqoriyası var: Vebsaytlar, Tətbiqlər, Sosial kanallar və səhifələr. İştirak ərizələrinin qəbulu üçün son gün 30 noyabr 2023 tarixidir.
“Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən “Netty” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. “Netty” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Azərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn koporativ sosial məsuliyyət (KSM) layihələrinin məntiqi davamıdır. “Nar”ın layihələri haqqında daha ətraflı: nar.az/projects
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.