Banner

İKT

 “Nar+” tətbiqindən istifadə edənlərin sayı - 100 MİNİ ÖTÜB

 “Nar+” tətbiqindən istifadə edənlərin sayı - 100 MİNİ ÖTÜB | FED.az
12:17 29 Yan 2020

Təqdim etdiyi telekommunikasiya xidmətlərini hər zaman müştərilərin ehtiyaclarını nəzərə alaraq formalaşdıran “Nar”, artıq 5 aydır ki, “Nar+” tətbiqini abunəçilərinin istifadəsinə verib. Hesaba rəqəmsal nəzarət imkanı verən bu tətbiq artıq “Nar” abunəçilərinin şəffaf müştəri təcrübəsinin ayrılmaz bir hissəsinə çevrilib. Belə ki, bu qısa müddət ərzində tətbiqdən qeydiyyatdan keçənlərin sayı 100.000-i ötüb.

Eləcə də bax: “Nar” 4,5G baza stansiyalarının sayını - 60% ARTIRIB

Abunəçilər “Nar+” vasitəsilə bir neçə saniyə ərzində özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Tətbiqlə sərfiyyat haqqında izahlı qaiməni də şəffaf şəkildə əldə etmək mümkündür. Tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmə imkanı verməsidir. Belə ki, əgər bir neçə şəxsi "Nar" nömrə istifadə edirsinizsə və ya yaxınlarınızın hesabında əməliyyat aparmaq lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə keçid edə bilərsiniz.

Qeyd edək ki, “Nar+” tətbiqini AppStorePlayStore-dan yükləyə bilərsiniz. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

Digər xəbərlər

Banner