Abunəçilərə öz hesabını daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqi istifadəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə yenilənməkdədir. Artıq balansı artırmaq üçün “Nar” abunəçiləri kart məlumatlarını tətbiqin yaddaşında saxlaya biləcəklər. Eyni zamanda, son yüklənən məbləğ tətbiqin yaddaşında qaldığından sadəcə bir kliklə balansı sürətlə artırmaq olar. Bundan başqa, “Avtomatik ödəniş” hissəsinə daxil olub, günlük, həftəlik və aylıq bölmələrdən birini seçməklə balansın avtomatik artırılmasını təyin etmək olar. Beləliklə, abunəçinin balansı artırması üçün hər dəfə kart məlumatlarını və məbləği daxil etməsinə ehtiyac qalmır.
Qeyd edək ki, “Nar+” tətbiqi abunəçilərə Çağrı Mərkəzinə müraciət etmədən bir çox mühüm əməliyyatları yerinə yetirməyə imkan verir. Tətbiq vasitəsilə bir neçə saniyə ərzində yeni internet paketini sifariş etmək, tariflər haqqında məlumat əldə edib, ən uyğun tarifə qoşulmaq, mövcud tarifi dəyişmək, hesab üzrə izahlı qaimə əldə etmək, eyni zamanda, vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmək mümkündür.
“Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.