Ölkənin ən güclü 4G (LTE-A) şəbəkələrindən birinə malik olan “Nar” mobil operatoru 21-27 iyul
tarixlərində paytaxtımızda baş tutan “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” müddətində
48 ölkəni təmsil edən gənc atletlərin, eyni zamanda festival tamaşaçılarının
telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin
edilməsi işlərini başa çatdırıb.
Mobil operator “EYOF 2019” tədbirinin tələblərinə cavab vermək, həmçinin olimpiya
həyəcanını sosial şəbəkələrdə paylaşmaq istəyən tamaşaçıları yüksəksürətli internetlə təmin
etmək məqsədilə təyin olunmuş ərazilər üzrə mobil rabitə şəbəkəsində təhlilləri tamamlayıb.
Yarış ərazisi və tədbir məkanlarında müştərilərin tələbləri nəzərə alınaraq mobil rabitə
şəbəkəsində tutum əhəmiyyətli dərəcədə genişləndirilib, istifadəçilər üçün yüksəksürətli 4G
(LTE-A) texnologiyalı mobil internetdən istifadə imkanları yaradılıb. “Nar” ziyarətçilərin sayının
çoxluq təşkil edəcəyi məkanlarda telekommunikasiya xidmətlərindən sabit istifadənin təmin
edilməsi üçün müvafiq ərazilərdə mobil baza stansiyası quraşdırıb. Qeyd edək ki, mobil rabitə
şəbəkəsinin təhlili və dayanıqlığının təmin edilməsi işləri xüsusi ilə oyunların baş tutacağı 13
yarış ərazisi və paralel olaraq qeyri-yarış ərazilərində həyata keçirilib.
“Nar” əməkdaşları 24/7 rejimində şəbəkəyə nəzarət edərək yarışların keçiriləcəyi məkanlarda
mobil rabitə şəbəkəsinin stabilliyini təmin edəcək və şəbəkə istifadəçilərinə dəstək olacaqlar.
“Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri
xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi
kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G
şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni
əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2.4 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli
xidmət göstərir.
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejimində - AÇIQLAMA
16:43
23 İyul 2019