Gənclərin maariflənməsinə və intellektual inkişafına dəstək məqsədilə “Nar” korporativ sosial
məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti layihəsini həyata keçirib. Mobil operator
Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini baş ofisinə dəvət edərək, onları
xüsusi hədiyyələrlə mükafatlandırıb. Qeyd edək ki, “Nar” ənənəvi olaraq hər tədris
semestrinin sonunda Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərən tələbələrilə
görüşərək, onları təbrik edir.
Görüşün məqsədi texniki sahə üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırmaq və
onların gələcək iş istiqamətləri haqqında təsəvvür formalaşdırmaqdır. Tələbələr rabitə
bazarında tələb olunan əsas bilik və bacarıqlar barədə məlumat əldə ediblər.
Azərbaycan Texniki Universitetinin ən yaxşı tələbələrinin mükafatlandırılması “Nar” və
universitet arasında 2016-cı ildən aparılan tərəfdaşlıq çərçivəsində baş tutur. Əməkdaşlıq
çərçivəsində mobil operator universitetin tələbələri üçün GSM laboratoriyası istifadəyə verib,
müxtəlif vaxtlarda tələbələr üçün nəzəri və təcrübi təlimlər təşkil edib.
Azərbaycan Texniki Universitetilə tərəfdaşlıq “Nar”-ın korporativ sosial məsuliyyət (KSM)
strategiyasının bir istiqamətidir. Hədəf Azərbaycanın rabitə sahəsində peşəkar kadrların
hazırlanması və onların beynəlxalq rabitə bazarında əcnəbi həmkarlarından daha üstün
mövqeyə çatmasıdır.
“Nar” rabitə sahəsində xüsusi fərqlənən tələbələri - MÜKAFATLANDIRDI
16:34
29 İyul 2019