Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Naftalan oldu. Bununla da Naftalan sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir.
Ölkənin ən gənc mobil operatoru olan “Nar” son 3 ayda 340-a yaxın 4G, 26-ya yaxın 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. “Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. Son 3 ayda 4G şəbəkəsi aşağıdakı region mərkəzlərində quraşdırılıb: Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Yardımlı, Yevlax. Bununla da, “Nar” 4G şəbəkəsinin əhatə olunduğu regionların sayı 45-dən çox olub.
Qeyd edək ki, aparılan şəbəkə işlərinin nəticəsi olaraq, mobil operator 2018-ci il ərzində 790-a yaxın 4G, 160-a yaxın isə 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1720-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Nar” Naftalanda 4G şəbəkəsi qurdu
14:56
9 Yan 2019