NAR
Baş İcraçı Direktorun Strategiya üzrə Məsləhətçisi
Vakansiya haqqında
İdarə : Baş Müdriyyət
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 05.05.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
* Telecom (Fix və Mobile) üçün müntəzəm olaraq qrup strategiyasının hazırlanması və yenilənməsi.
* Strategiyanın həyata keçirilməsi üçün müvafiq yol xəritəsini və KPI'ları (Balanced Scorecards) müəyyənləşdirmək.
* Strategiyanın təqibini müntəzəm olaraq nəzərdən keçirmək.
* Strategiya və planlaşdırma prosesi (Büdcələmə) ilə əlaqədar maliyyə idarəsi ilə sıx əlaqələrin qurulması.
* Həyata keçiriləcək strateji layihələrlə əlaqədar qrup üzrə layihələrin idarəedilməsi ofisi ilə davamlı olaraq əməkdaşlıq etmək.
* Strategiya haqqında məlumatları təşkilat daxilində təqdim etmək və bütün maraqlı tərəflərə çatdırmaq.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Mühəndislik və ya Biznesin İdarə Edilməsi üzrə ali təhsil. (MBA üstünlük təşkil edir)
* Telekom sahəsində kommersiya, texniki və ya strategiya rolları üzrə 10 il iş təcrübəsi.
* Strategiyanın inkişaf etdirilməsi rollarında ən azı 3 il iş təcrübəsi - beynəlxalq mühitdə iş təcrübəsi arzu olunandır.
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Strateji ehtiyacları müəyyən etmək, sağlam biznes məsləhətləri ilə planlaşdırmanın bütün aspektlərinə rəhbərlik etmək və əsas biznes tərəfdaşları ilə uyğunlaşa bilmək bacarığı.
* İkitərəfli güclü münasibətlər yarada bilmək, şifahi və yazılı ünsiyyət bacarıqlarını nümayiş etdirmək.
* Aydın, qarşı tərəfin diqqətini cəlb edə bilən mükəmməl təqdimat bacarıqlarına sahib olmaq
* Güclü layihə idarəetmə bacarıqları
* Komanda oyunçusu
* Proaktiv
* Azərbaycan və ingilis dillərini səlis bilmək. Rus dili əlavə üstünlükdür.
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Baş İcraçı Direktorun Strategiya üzrə Məsləhətçisi” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.