NAR
Müştəri dəyərinin idarəedilməsi üzrə aparıcı mütəxəssis
Vakansiya haqqında
İdarə : B2C Kommersiya
Şöbə : Müştəri Dəyərinin İdarəedilməsi və Biznesin Təhlili
Bölmə : Müştəri Dəyərinin İdarəedilməsi
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Müvəqqəti
İş qrafiki : Standart
Son müraciət tarixi : 11.02.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
* Müştəri axınını öncədən müəyyənləşdirəcək statistik proqnoz modellərin hazırlanması, avtomatik mükafat sistemlərinin inkişafı və modelin effektivliyinin monitorinqi
* Abunəçilərin davranışının təhlili və proqnoz edilməsi, davranış tendensiyalarının aşkarı və əldə edilən məlumatlara əsaslananaraq müştəri yönümlü məhsul və xidmət portfelinin inkişafı
* Abunəçi bazasının seqmentasiyası, mikro-seqmentasiyası və müştərilərin seqmentlər əsasında profillərinin təyin olunması
* Seqmentin davranışını proqnoz etmək məqsədilə analitik və statistik modellərinin yaradılması və hər hədəf qrupu üçün xüsusi təkliflərin formalaşdırılması
* Hər kampaniya üzrə abunəçilərin qorunması, əldə edilən gəlir, istifadə və İƏG (ROI) nöqteyi nəzərdən monitorinqi və qiymətləndirilməsi
* Müştəri axını və qoruma strategiyalarının, hədəf qruplarına yönəlik təkliflərin və satış səviyyəsinin artırılması, müxtəlif məhsulların satışı təşəbbüslərinin icrasına təkan vermək üçün müvafiq departamentlər ilə əməkdaşlıq edilməsi
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və ya Kibernetika üzrə Ali təhsil
* Telekommunikasiya, FMCG və Maliyyə sahələrində Hesabatların Təhlili və Proqnozlaşdırma üzrə ən azı 1 il iş təcrübəsi
* Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlükdür
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Müştəriyönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Güclü riyazi bilik
* Analitik qabiliyyət
* Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi əlavə üstünlükdür)
* MS Office (Ms Excel) proqramlarını mükəmməl bilmək
* STATA, R və ya digər data mining/analitik proqramlarında işləmə bacarığı
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Mövzu hissəsində “Müştəri dəyərinin idarəedilməsi üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.