NAR
Hesabatlar və analitika üzrə rəhbər
Vakansiya haqqında
İdarə: : B2B Kommersiya
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Daimi
İş qrafiki : Standart
Son müraciət tarixi : 31.01.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
* Departamentin illik strategiyasının hazırlanması və icrasında iştirak etmək
* Departamentin illik hədəflərinin müəyyənləşdirilməsi üçün analiz və hesabatlar hazırlamaq
* İllik əsas gəlir mənbələrini və müştəri seqmentləri üzrə hədəf kütləsini müəyyənləşdirmək üçün lazımi hesabatlar hazırlamaq
* ƏSG-i üzrə (müştəri axını, satış göstəriciləri, ARPU və s.) mütəmadi hesabatlar hazırlamaq
* Müştəri bazası üzrə makro və mikro seqmentlərə dair təhlillər aparmaq
* Məhsul və xidmətlərin yaşam dövrünə uyğun olaraq iqtisadi dəyərləndirməni təmin etmək
* Kampaniyalar üzrə təhlillər aparmaq və nəticələri mütəmadi izləmək
* Daxili və xarici müştəri tələblərinə uyğun olaraq lazımi hesabat və təhlillər aparmaq
* Müştəri təcrübəsi və NPS nəticələrinin analizini aparmaq və müvafiq təkliflər irəli sürmək
* Zəng, internet və digər məhsullar/xidmətlər üzrə gəlir səviyyəsinin artırılması və qorunması üçün analiz və hesabatlar hazırlamaq
* Müştəri dəyərinin yüksəldilməsi üzrə mütəmadi təhlillər həyata keçirmək və xüsusi ölçü metadologiyaları qurmaq
* Diaqnostik və proqnoza yönəlik statistik modellər yaratmaq və tətbiq etmək
* Tələb olunan analiz və hesabatların hazırlanması üçün satış və texniki komanda ilə yaxından əməkdaşlıq etmək
* Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün department və şirkət daxili koordinasiya aparmaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Tətbiqi Riyaziyyat, Kibernetika, Maliyyə, Statistika və ya İqtisadiyyat üzrə Ali təhsil
* Analitika və hesabatlar sahəsində 3-5 il iş təcrübəsi
* İri həcmdə məlumatlar ilə işləmə təcrübəsi
* Komanda idarəetmə təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Müştəriyönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü
* Güclü riyazi bilik
* Analitika qabiliyyəti
* Eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti
* Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
* MS Office (Ms Excel) proqramlarını mükəmməl bilmək
* STATA, R, SAS, SPSS və ya digər data mining/analitik proqramlarında işləmə bacarığı
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Mövzu hissəsində “Hesabatlar və analitika üzrə rəhbər” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.