Biznesin təhlili üzrə mütəxəssis
Vakansiya haqqında
Departament : B2C Kommersiya
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Daimi
İş qrafiki : Standart
Son müraciət tarixi : 28.12.2018
Sizin əsas vəzifə öhdəlikləriniz
* Kommersiya hesabatlarının və büdcə infrastrukturunun təşkili, təkmilləşdirilməsi, icra edilməsi və yerinə yetirilməsi
* Şirkət daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların mütəmadi üzləşdirilməsi
* Yeni, dəyişdirilmiş xidmət və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması
* Müvafiq tələblərə və müəyyənləşdirilmiş standartlara uyğun olaraq məlumatların yığılması, analizi, vizualizasiyası və mütəmadi optimallaşdırılması
* Partnyorlarla kommersiya hesabatlarının üzləşdirilməsi üçün yeni məhsulların hesabat tələblərinin düzgün və vaxtında təqdim olunması
* Hesablama infrastrukturun mütəmadi olaraq yenilənməsi, yeni texnologiyaların və metodologiyaların araşdırılması və təqdim edilməsi
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Tətbiqi Riyaziyyat, Kibernetika və ya İqtisadiyyat üzrə Ali təhsil
* Müvafiq sahədə 2-3 il iş təcrübəsi
* İri həcmdə məlumatlar ilə işləmə təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Müştəriyönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Güclü riyazi bilik
* Analitika qabiliyyəti
* Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
* MS Office (Ms. Excel) proqramlarını mükəmməl bilmək
* STATA, R və ya digər data mining/analitik proqramlarda işləmə bacarığı
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Biznesin təhlili üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.