Qeyd edək ki, “Nar” abunəçiləri “Facebook”, “Twitter” və “Instagram”, eyni zamanda elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlaya və qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavab ala bilərlər. Abunəçilərə sosial şəbəkələr üzərindən əsasən balans haqqında məlumat, şəbəkə/internet çətinliklərinin aradan qaldırılması, “Nar”-ın xidmətləri, tarifləri, internet paketləri, nömrələr üzərində əməliyyat, gələn mesajlar, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s. haqqında ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, “Nar” sosial şəbəkələr üzərindən tam müştəri xidməti göstərən ilk telekommunikasiya şirkətidir.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
