""Nar" mobil operator şirkətinin təqdim etdiyi 4,5G mobil rabitə şəbəkəsinin sürəti çox yüksəkdir və 5G şəbəkəsinə hazırlıq mərhələsi səviyyəsindədir".
FED.az xəbər verir ki, bunu TED.az-a açıqlamasında Nar mobil operator şirkətinin mətbuat xidmətində bildiriblər.
Eləcə də bax: Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı - İKİ DƏFƏ ARTIB
Məlumatda qeyd olunub ki, bu gün Nar mobil operator şirkəti fəaliyyətini 4G və 4,5G üzərində cəmləşdirib: "Nar mobil operator şirkəti üçün əsas məqsəd Azərbaycanı tam olaraq 4G və 4,5G-yə hazırlamaqdır. Sonra 5G şəbəkəsinin tətbiqi haqqında fikirləşmək olar".
Eləcə də bax: «Azərbaycanda 5G-dən istifadə imkanları məhduddur» - «BAKCELL»İN RƏHBƏRİ
"Azərbaycan əhalisinin 92% 4G şəbəkəsi ilə əhatə olunub. Eyni zamanda, Bakıdan əlavə 54 region da sözügedən mobil rabitə şəbəkəsinə qoşulub. Hazırda şirkət 2800-dən çox 4G baza stansiyasını quraşdırıb. Bu stansiyaların yarısından çoxu isə 4,5G-dir", – deyə məlumatda bildirilib.