“Nar”ın 777 Çağrı Mərkəzinə 2021-ci ilin ilk 6 ayı ərzində 1 milyondan artıq sorğu daxil olub və onlara ortalama 17 saniyə ərzində cavab verilib.
FED.az xəbər verir ki, Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Ümumilikdə, daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb.
Bundan başqa, “Nar” rəsmi sosial şəbəkələri - “Facebook”, “İnstagram” və “Twitter” səhifələri vasitəsilə də abunəçilərinə xidmət edib və 89 mindən artıq sorğuya cavab verib. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 50%-i 1 dəqiqə, 90%-i isə 10 dəqiqə ərzində cavablandırılıb. “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 11 dəqiqə ərzində cavab verilib.
Mobil operator, eyni zamanda abunəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə daim yenilənən “Nar+” tətbiqindəki onlayn çat vasitəsilə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdədir. Belə ki, 6 ay ərzində daxil olmuş 96 mindən artıq sorğuya operativ cavab verilib.