“Nar” komandası bütün rəqiblərini geridə qoyaraq “Breyn Rinq” üzrə 2021-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Azərbaycannın 6 universitet və 6 region komandası da daxil olmaqla 16 komanda 4 ay boyunca gərgin mübarizə aparıb.
FED.az xəbər verir ki, finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “Bridge” komandası ilə qarşılaşıb və ilin qalib olub.
“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke qalib “Nar” komandasınınüzvləri ilə görüşub və onları təbrik edib: “Nar” komandasının mütləq çempion olaraq xüsusi seçilməsi sizin əzminiz, savadınız və cəld düşünmə qabiliyyətiniz sayəsində olub. Belə savadlı gənclərin nailiyyətləri bizi sevindirir və uğurlarınızın davamlı olmasını diləyirəm”.
Qeyd edək ki, “Breyn Rinq” bilik yarışı “Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində elm və təhsilə dəstək layihələrindən biridir. Mobil operator artıq 9 ildir ki, “Breyn Rinq” intellektual oyununa dəstək olur. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı http://www.nar.az səhifəsindən əldə etmək olar.