“Azerfon” MMC (Nar-mobile) borcla bağlı “Çağ-Araz” MMC-yə (Araz kursları) qarşı 6 326 manatlıq iddia qaldırıb.
Eləcə də bax: “Araz Kursları” - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az məlumat verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb.
Hakim Zaur Pirverdiyev iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarıb.
Qeyd edək ki, "Azerfon" MMC qaldırdığı iddiada “Çağ-Araz” MMC-yə iddiada GSM müqaviləsinə əsasən, 6 296 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 6 326 manat tutulması istənilib.
Xatırladaq ki, “Azerfon” MMC 15 sentyabr 2005-ci il tarixində, “Çağ-Araz” MMC 30 aprel 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Report