Xəbər verildiyi kimi, bir neçə gün əvvəl «Apple» şirkəti özünün yeni məhsullarını, o cümlədən «iPhone 17»ni təqdim edib.
FED.az xəbər verir ki, hələlik Azərbaycanda «iPhone 17»nin rəsmi qiymətləri açıqlanmasa da, bəzi ölkələrdə yeni devaysın neçəyə satılacağı dəqiqləşib. Hələlik ən ucuz iPhone ABŞ-da, ən bahalısı isə Braziliyadadır.
Beləliklə, yeni «iPhone 17»nin qiymətləri:
ABŞ – 799 dollar
Çin – 842 dollar
Yaponiya - 881 dollar
Böyük Britaniya – 1081 dollar
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) - 981 dollar
Hindistan – 940 dollar
Cənubi Koreya - 930 dollar
Meksiya - 1 074 dollar
Braziliyi - 1 472 dollar
Fransa - 1 134 dollar
Vyetnam – 948 dollar
Avstraliya – 922 dollar
Yeni Zelandiya – 1007 dollar
Qeyd edək ki, «iPhone 17»nin qiymətləri göstərilərkən 256 QB yaddaşa malik smartfon nəzərdə tutulub və telefonun yerli valyutada olan qiyməti dollara çevrilib.