Ölkənin aparıcı elkrtnoika satışı şəbəkələrindən biri olan «Music Gallery» mağazalarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Eləcə də bax: “Kontakt Home” müştərilərin kredit borclarına - GÜZƏŞT ETDİ
FED.az xəbər verir ki, «Music Gallery» kredit ödənişi olan bütün müştərilərin 29 mart tarixindən etibarən Aprel ayı üçün hələlik 1 ayliq müddətinə kredit ödənişlərinə möhlət verib.
Bundan başqa, şəbəkə öz mağazalarını müvəqqəti bağlayıb – «ölkəmizdəki Covid-19 (Koronavirus) infeksiyasına qarşı mübarizəyə tam dəstək vermək üçün 29 Mart tarixindən etibarən «Music Gallery» mağazaların fəaliyyətinə müvəqqəti olaraq fasilə verilib»-deyə məlumatda bildirilir.
Bundan sonra şirkət sifarişləri onlayn qəbul edəcək.