Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, qanuna əsas dəyişiklik fiziki şəxslərin ölkəyə gətirdiyi mobil telefonların qeydiyyatı və avtomobillərin satışı-bağışlanması zamanı müqavilələrini qeydiyyatı üçün rüsumlara aiddir. Prezidentin bununla bağlı fərmanında deyilir:
Eləcə də bax: Yeni cərimələr gəlir - 30 manatdan 8000 manatadək - FƏRMAN
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.0.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.22-ci maddə əlavə edilsin:
“2.0.22. satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması.”;
1.2. 18.65.3.1-ci maddədə “avtonəqliyyat” sözündən əvvəl “bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 18.65.3-1-ci maddə əlavə edilsin:
Eləcə də bax: Ət və ət məhsulları üçün - YENİ RÜSUMLAR - QANUNA DƏYİŞİKLİK
“18.65.3-1. Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;
1.4. aşağıdakı məzmunda 33-5-ci maddə əlavə edilsin:
“Maddə 33-5. Mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun
tutulmasının xüsusiyyətləri
Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2018-ci il.