Azərbaycanda yeni mobil telefonların qeydiyyatı üçün ödənilən vəsait bir neçə dövlət qurumu arasında bölünür.
FED.az xəbər verir ki, bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bildirib. Onun sözlərinə görə, qeydiyyat rüsumu dövlət büdcəsi, Prezident Administrasiyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hesabına ödənilir. Ekspert yazır:
«Ucuz, məsələn, 50 manatlıq mobil telefon alanlar, nəzərə alın ki sizin telefonun qedyiyyatı üçün ödəyəcəyiniz 20 manat dövlət rüsumu aşağıdakı qaydada bölüşdürüləcək :
1. 1 manat Prezident Administrasiyasına
2. 5 manat NRYTN hesabına
3. 14 manat dövlət büdcəsinə
Ortabab ( 350 -550 m. arası) bir mobil telefon alanlardan qeydiyyat üçün tutulmalı olan, məsələn, 60 manat dövlət rüsumu aşağıdakı kimi bölüşdürüləcək :
1. 3 manat Prezident Administrasiyasına
2. 15 manat NRYTN hesabına
3. 42 manat dövlət büdcəsinə
iPhone və ya digər bahalı mobil telefonların qeydiyyatı üçün ödəniləcək 150 manat dövlət rüsumu aşağıdakı qaydada bölüşdürülür :
1. 7.5 manat Prezident Administrasiyasına
2. 37.5 manat NRYTN hesabına
3. 105 manat dövlət büdcəsinə
Beləliklə, telefon alarkən yalnız onun parametrlərini yox, yuxarıdakıları da nəzərə alın».
Mobil telefonun qeydiyyatına ödənilən pul kimə çatır? – SİYAHI, MƏBLƏĞ
15:06
23 Fev 2019