Dünyada ilk dəfə simsiz rabitə sənayesinin pioneri sayılan Martin Kuper dünyada ilk dəfə mobil telefondan zəngi həyata keçirən şəxs kimi tarixə düşmüşdür. FED.az portalı Digitalazerbaijan.az portalına istinadən xəbər verir ki, Martin Kuper radiotezliklərin idarəedilməsi sahəsində çalışmış amerikan mühəndisidir. O 1970-ci ildə Motorola şirkətində işləyərkən 1973-cü ildə mobil telefonu kəşf etmişdir və həmin ilin 3 aprel tarixində yaratdığı mobil telefondan ilk dəfə zəng etmişdir. Həmsöhbəti onun rəqibi “Bell Laboratories”in aparıcı alimi Dr. Joel Engel olmuşdur. Onun ilk frazası, ilk işlətdiyi söz- “Mən sənə əsl mobil telefondan zəng edirəm” olmuşdur.
Məhz həmin il ilk zəng etdiyi portativ mobil telefon Motorola DynaTAC(şəkildə) buraxılmışdır. Məhz bu telefonla, onunla ilk zəngi həyata keçirmişdir. Bu telefon qurğusunun ümumi çəkisi 1,2 kg olmuşdur. Onun ön panelində 12 klaviş olmuşdur ki, onun 10-u rəqəmli, 2-si isə zəng etmə və danışığın kəsilmısi düymələri idi(bu gün -Call, No). Əlavə funksiyaları və displeyi, ekranı olmamışdır. Gözləmə rejimində telefon 8 saat işlədiyi halda, danışıq rejimində 35 dəqiqə çalışmışdır. Enerji toplamaı(el arasında “zaryadka” dediyimiz) vaxtı 10 saatdan çox olmuşdur. 1983-cü ilə qədər onun 5 prototipi hazırlanmışdır.
13 iyun 1983-cü ildə ilk dəfə dünyada kommersiya məqsədilə Motorola DynaTAC 8000X mobil telefon buraxılmışdır. Onun hazırlanmasına 10 il vaxt getmiş(developerlər) və 100 milyon dollar vəsait xərclənmişdir. Telefonun çəkisi 780 q olmuş, qiyməti isə 3,9 min dollar olmuşdur.
10 noyabr 1992-ci ildə dünyada ilk GSM standartlı NOKİA 1011 telefonunun istehsalına başlanmışdır. Bundan sonra SMS həyata keçirilmişdir. 2007-ci ildə iPhone smartfonlarının istehsalı ilə mobil telefonların tarixində yeni era başlamışdır.
Sonda bu gün hər birimizin gündəlik həyatına nüfuz etmiş, həyatımızın ayrılmaz hissəsinə çevrilmiş mobil telefonun ixtiraçısı Martin Kuperəminnətdarlığımızı bildirir, ona can sağlığı arzulayırıq. Onun hal-hazırda 90 yaşı var və ABŞ-da yaşayır.