Mobil telefon istifadəçiləri bir ay ərzində danışıq və 10 GB-dan çox internet üçün mobil operatorlara daha çox pul ödəyən ölkələrin adları açıqlanıb.
FED.az bu barədə nüfuzlu araşdırma portallarından olan “Numbeo” platformasına istinadən xəbər verir.
Məlumata görə ən yüksək qiymətlə 56,59 dollar (96,20) manatla Birləşmiş Ərəb Əmirlikləri dayanır.
ABŞ istifadəçiləri bu tariflər üçün ümumilikdə 55,02 dollar (93,53 manat) ödəyir.
İsveçrədə bu tarifin qiyməti 54,29 dollar (92,30 manat) təşkil edib.
Kanada abunəçiləri danışıq və 10 GB-dan çox internet üçün mobil operatorlara 47,26 dollar, başqa sözlə 80,35 manat ödəyir.
Digər ölkələrdə isə tariflər belədir:
Cənubi Koreya - 44,27 dollar (75,25 manat)
Qətər - 43,39 dollar (73,75 manat)
Oman - 40,38 dollar (68,65 manat)
Norveç - 39,55 dollar (67,24 manat)
Yeni Zelandiya - 37,49 dollar (63,73 manat)
Kuba - 35,20 dollar (59,85 manat)