Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Dövlət Gömrük Komitəsinin ölkəyə qanunsuz mobil telefon gətirən şəbəkəyə qarşı mübarizəsindən yazıb.
FED.az-ın məlumatına görə, O.Gündüz “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Dövlət Gömrük Komitəsinin "Azərpoçt"da qərargah qurub kommersiya məqsədilə telefon gətirənlərə qarşı “müharibə” elan etməsindən sonrakı vəziyyət belədir :
ELƏCƏ DƏ BAX: "BakıKart"la bağlı – MÜHÜM YENİLİK
1. DGK-nın burada gömrük rəsmiləşdirməsini həyata keçirən ilk komandası həbs olunub;
2. Şəxsi məqsəd adı altında kommersiya məqsədləri üçün telefon gətirənlərin bir qismi aşkar olunub, bir xeyli telefonlar gömrük rəsmiləşdirilməsinə cəlb edilib və bununla bağlı təhqiqatlar aparılır;
3. Elekron ticarətə zərbə vurulub. E-ticarət yolu ilə xaricdən elektron avadanlıqlar sifariş edən regionlardakı adi vətəndaşlar malı almaq üçün Bakıya- Azərpoçtdakı həmin qərargaha gəlməlidirlər;
4. "Azərpoçt"-un buradakı fəaliyyəti demək olar ki dayandırılıb;
6. Mobil telefon bazarında hökmranlıq edən şirkətlərin lobbiçiliyi ilə qəbul edilən NK-nın mobil telefonların qeydiyyat rüsumu ilə bağlı absurd qərarından ( qeydiyyat rüsumu 30 dəfəyədək qaldırılıb) sonra büdcəyə xeyli vəsaitlər daxil olub;
7. Mobil telefon bazarında telefonların qiyməti xeyli qalxıb;
8. DGK-nın yeni komandası hələlik "Azərpoçt"-da fəaliyyətini davam etdirir;
9. Mobil telefon qaçaqmalçılığı ilə bağlı problem həll olunmayıb.
Mobil telefon gətirənlərə qarşı “müharibə” - QİYMƏTLƏRİ BAHALAŞDIRIB
21:23
22 Yan 2019