Yanvarda informasiya və rabitə müəssisələri 150,7 milyon manatlıq xidmət göstərib ki, onun da 75,2 faizi əhali tərəfindən istehlak olunub.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsindən açıqladığı hesabatda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanın ən uğursuz İT layihələri - AÇIQLANDI
Ötən ilin eyni ayı ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 44 faizi və ya 66,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Mobil şirkətlərin gəlirləri – AÇIQLANDI
21:22
19 Fev 2019