2024- cü ilin yanvar-avqust aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri real ifadədə 2237,2 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çoxdur.
Onun da 74,3 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 35,8 faizi və ya 800,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.