İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-iyun aylarında göstərilmiş xidmətlərin dəyəri 1 milyard 618,6 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,2 faiz çoxdur.
Onun da 74,5 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 36,2 faizi və ya 585,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.