Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2025- ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,1 faiz artaraq 3 milyard 464,5 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Onun da 70,7 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 1 milyard 166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.










