Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 14,3% artaraq 1 mlrd. 976,5 mln. manat təşkil edib.
Bank rəsmisi: "Mobil operatorların bank xidməti göstərməsi yeni çağırışlar yaradır"
FED.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 76,1%-i əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 38,3%-i və ya 757,4 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. (Apa)