Bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycanda mobil operatorlar 658,9 milyon manat qazanıblar.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1580,3 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6% əhali tərəfindən istehlak olunub.
Eləcə də bax:“Aztelekom” özəl provayderlərə “müharibə“ - ELAN EDİB
2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri 16,4% artıb. Bu sahədə əldə edilmiş gəlirin 83,1% qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,7% və ya 658,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.