Mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi pozuntuları üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər müəyyənləşəcək.
Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.