Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyət üçün artıq 29 şirkət rezidentlik hüququ əldə edib.
Sənaye zonalarında 66 müəssisə - İstehsal Fəaliyyətinə Başlayıb
FED.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun sədr əvəzi İnarə Vəliyeva bildirib.
"Məhz bu şirkətlər 10 il müddətində gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergisindən azad olunacaqlar. Eyni zamanda sosial sığorta ödənişi üçün təqdim edilən güzəşt və seçim imkanlarından da yararlana biləcəklər", - deyə o əlavə edib. (Report)