Azərbaycanın mobil rabitə tariflərinə yenidən baxılması, xüsusən də mövcud xidmətlər səviyyəsinə və keyfiyyətinə uyğunlaşdırılması olduqca vacibdir.
“Space X”in peykləri Azərbaycanda internet təchizatı - Həyata Keçirə Biləcək - VİDEO
FED.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, artıq virtual xidmətlərdən geniş istifadə olunur, o cümlədən vatsap daxil olmaqla, digər sosial şəbəkələr vasitəsilə zənglərin edilməsi də mümkündür. Ona görə də, mobil rabitə xidmətləri göstərən şirkətlər rəqabətə hazır olmaları üçün keyfiyyət və xidmətə yenidən baxıb uyğunlaşdırılmalıdırlar.
“Apardığımız monitorinqlər onu göstərir ki, mobil rabitə xidmətləri bir sıra qonşu ölkələrlə müqayisədə daha bahadır. Baxmayaraq ki, bəzi hallarda bölgələrdə bir sıra mobil rabitə xidmətlərində problemlər müşahidə olunur, fasilələr qeydə alınır. Digər tərəfdən isə rouminq xidmətləri də kifayət qədər bahadır. Rouminq xidmətlərinin həm qiymət, həm də keyfiyyət baxımından tənzimlənməsinə ciddi ehtiyac var”,- deyə deputat qeyd edib.
V.Bayramov, həmçinin bildirib ki, qiymətlərin həm virtual xidmətlərdəki dəyişikliklərə, həm də təqdim olunan keyfiyyətə uyğun olaraq təklif olunması və optimallaşdırılması zəruridir. Çünki bu, nəticə etibarilə həm daha yaxşı xidmət, həm də optimal qiymətlərlə mobil rabitə xidmətlərinin təklif olunmasına gətirib çıxara bilər”. (Azərtac)