«Microsoft» şirkəti Qırmızı dənizin dibi ilə keçən beynəlxalq internet kabellərinin zədələndiyini açıqlayıb.
“Dörd ay ərzində hakerlər vətəndaşların altı milyon manatını ələ keçiriblər”
FED.az xəbər verir ki, şirkətin məlumatına görə, zədələnmədən sonra internet traffakini alternativ marşrutlara yönəldiblər. Eyni manatda şirkət «Microsoft Azure» istifadəçilərini xəbərdar edib ki, kabelə görə, servisin işində problem və ləngimələr ola bilər.
Söhbət məlumatların saxlanması üçün istifadə olunan «Microsoft Azure» platformasından gedir. Son məlumatlara görə, Qırmızı dənizin dibi ilə gedən bir deyil, bir neçə sualtı internet kabeli zədələnib.
«Qırmızı dənizin dibi ilə keçən bir neçə optik kabelin zədələnməsi nəticəsində Asiya və Avropa regionları arasında Yaxın Şərqdən keçən trafik ləngimələr və problemlərləüzləşə bilər»-deyə şirkətin məlumatında bildirilir.
Şirkət xəbərdar edib ki, kabellərin bərpa olunmasına vaxt gedəcək, amma açıqlanmayıb ki, kabellər nədən zədələnib.
Xatırladaq ki, Qırmızı dəniz Avropanı Afrika və Asiya ilə birləşdirən çox vacib telefommunikasiya marşrutudur. Həmin ərazidə sualtı kabellərin təmiri çətin məsələ ola bilər, çünki bu ərazidəki gəmilər Yəməndəki husi qüvvələrinin mütəmadi hücumlarına məruz qalır.
Husilər bildirirlər ki, onlar öz addımları ilə Qəzza zolatındakı fələstinlilərə dəstəklərini göstərirlər, hansı ki, həmin ərazidə İsrail qüvvələri XAMAS-a qarşı əməliyyatlar aparır və bunun nəticəsində çoxsaylı dinc əhali qırılır.
Xatırladaq ki, Qırmızı dənizdə sualtı kabellərin kəsilməsi ilk dəfə deyil, 2024-cü ilin martında Honkunqun «HGC Global Communications Limited» şirkəti Qırmızı dənizin dibi ilə keçən 4 kabelinin zədələnməsi barədə məlumat yayıb, bunlar Asia-Africa-Europe 1 (AAE-1), Seacom, TGN və EIG kabelləri olub. Şirkətin özünün açıqladığı məlumata görə, bu əhvalat dünya internetinin 25% trafikinə təsir edib.
Bundan əvvəl, 2024-cü ilin fevral ayının sonunda İsrailin “Globes” nəşri Yəmənli husilərin Səudiyyə Ərəbistanının Ciddə və Şərqi Afrikadakı Cibuti arasında Qırmızı dənizdə dörd sualtı kabelini zədələdiyini bildirmişdi. Portal yazır ki, bu, Avropa və Asiya arasında internet rabitəsində ciddi fasilələrə səbəb olub, ən çox əziyyət çəkən Fars körfəzi və Hindistandakı istifadəçilər olub.
Beynəlxalq Kabel Mühafizəsi Komitəsinin (ICPC) ekspertləri (1958-ci ildə beynəlxalq sualtı kabellərin texnogen və təbii təhlükələrdən qorunmasına kömək etmək üçün yaradılıb) buna baxmayaraq, husilərin kabellərə zərər verə biləcəyinə şübhə edirdilər.
«Bir versiya var ki, «Rubymar» gəmisi atəşə tutularkən lövbər atıb və nəticədə yaxınlıqdakı kabelləri zədələyib», - ICPC-nin baş meneceri Rayan Vapşall bildirib.