ABŞ-ın texnologiya nəhəngi "Microsoft" məşhur "ChatGPT platformasının arxasında duran şirkət olan "OpenAI" süni intellekt firmasına 10 milyard dollara qədər investisiya qoymaq üçün danışıqlar aparır.
"Microsoft" şirkəti "Netflix"i 190 milyard dollara - ALMAQ İSTƏYİR
FED.az xəbər verir ki, Microsoft OpenAI-nin təxminən 49%-nə sahib olacaq, digər investorlar isə qalan 49% paya və OpenAI-nin qeyri-kommersiya təşkilatı 2% paya sahib olacaq.
Microsoft-un "OpenAI" texnologiyasını "Office" və e-poçt proqramlarına daxil etməyi planlaşdırdığı ilə bağlı məlumatlar da yayılıb.
"ChatGPT" "OpenAI" tərəfindən 2022-ci ilin noyabrında istifadəyə verilmiş çatbotdur. (Marja)