“Microsoft” korporasiyası pandemiya dövründə çalışan işçilərinə bonus şəklində 200 milyon dollar vəsait xərcləyəcək.
Eləcə də bax: “Google” əməkdaşları bu tarixədək - Evdən İşləyəcək
FED.az Banker.az-a istinadən xəbər verir ki, əlavə ödənişlər iyul və avqust aylarında ABŞ-da və xaricdə çalışan işçilərə veriləcək.
Dünya üzrə “Microsoft”da 175 min nəfər çalışır, eyni zamanda vitse-prezident vəzifəsində olan şəxslərin, o cümlədən korporasiyanın törəməsi olan şirkətlərdə (“GitHub”, “LinkedIn” və “Zenimax”) çalışanların müavinət almayacağı bildirilir.
Xatırladaq ki, 2021-ci ilin fevralında “Microsoft” distant rejimdə tükənməyə qarşı mübarizə proqramını işə salıb. Həmin proqram işçilərə təhsil, idman və hobbi üçün 1200 dolların ödənilməsini nəzərdə tutur.