Microsoft-un rəhbəri Brad Smith, ABŞ hökumətinin Huawei-yə münasibətini tənqid edərək, sanksiyaları ədalətsiz olduğunu bildirib.
FED.az xəbər verir ki, Smith, "Bloomberg Business"ə verdiyi açıqlamasında, ABŞ hökumətinin Huawei şirkətinə qarşı sanksiyaların Amerikanın dəyərlərinə uyğun olmadığını bildirib. Smitin sözlərinə görə, bu cür qadağalar mütləq şəkildə hüquqa və məntiqə əsaslanmalıdır.
Onun sözlərinə görə, "Sanksiyalar bir otelə yataq qadağası qoymaqla eynidir"
ABŞ Prezidenti Donald Trampın otel sənayesindəki təcrübəsinə istinad edən Smit, "Bir texnologiya şirkətinə, "məhsullarını sata bilərsən, amma əməliyyat sistemi və çip ala bilməzsən" demək, bir otelə "xidmət göstərə bilərsən lakin otaqlarına çarpayı qoya bilməzsən, restoranında yemək verə bilməzsən" deməklə eyni şeydir. Bu yanaşma, şirkətin vəziyyətini təhlükəyə atır", - deyə açıqlamasında bildirib.
Xatırladaq ki, may ayında ABŞ Prezidenti Donald Tramp, Huawei-nin telekommunikasiya avadanlıqlarını xarici ticarət qadağası siyahısına əlavə edib. Qadağaya görə, ABŞ şirkətləri Huawei-yə avadanlıqlar və proqramlar da sata bilməyəcəklər. Bu qərarın ardından Silikon Vadisinin nəhəng şirkətləri də buna paralel addımlar atıblar. Google, Intel, Broadcom, Qualcomm və Xilinx kimi ABŞ-ın nəhəng texnologiya şirkətləri, Huawei ilə olan razılaşmaları saxladıqlarını və məhsul tədarükü təmin etməyəcəklərini bildiriblər.
Belə ki, ötən ay Google sanksiyalar çərçivəsində Google tətbiqlərinin Huawei-nin yeni telefon modellərində yer almayacağını qeyd etmişdi.
Huawei isə bu sanksiyalara cavab olaraq öz əməliyyat sistemi və avadanlıqlarını inkişaf etdirdiyini qeyd edib.