«Microsoft» şirkəti uzun müddətli stajı olan əməkdaşının işdən çıxması üçün ona 632 min dollar ödəyib.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, «Microsoft»un proqramçısı burada 24 il çalışıb. İşdən çıxanda isə ən səxavətli bonus variantını seçib.
Ona 143 min dollar şirkətdəki stajına, daha 30 min dollar isə işsiz olacağına görə ödənilib. Daha 350 min dollar isə ona «Microsoft»un səhmləri şəklində ödənilib.
«Microsoft»un səhmlərinin daima bahalaşdığını nəzərə alanda o 350 min dollardan artıq məbləğə ümid edə bilər.