“Microsoft Edge” tezliklə “YouTube”, “LinkedIn” və “Coursera” kimi saytlarda real vaxt rejimində video tərcüməsi funksiyasını təqdim edəcək.
"Tik-Tok"da qayda dəyişdi - 1 saatlıq video olacaq
FED.az xəbər verir ki, bu ilki “Build” tədbirində “Microsoft”, yeni süni intellekt tərəfindən dəstəklənən funksiyanın izlənilən məzmunu canlı olaraq həm audio, həm də altyazılara çevirə biləcəyini elan edib.
Hal-hazırda, İspan dilindən İngilis dilinə tərcümə ilə yanaşı, İngilis dilindən Alman, Hind, İtalyan, Rus və İspan dillərinə tərcümə də dəstəklənir.
Qeyd edək ki, “Edge”in yeni süni intellekt xüsusiyyəti insanların həyatını asanlaşdırmaqla yanaşı, eşitmə problemi olan insanlar üçün də faydalı olacaq. (Trend)